Cəlilabadda ağır yol qəzası nəticəsində bir nəfər ölüb.
NOCOMMENT.az xəbər verir ki, 17 mart 2026-cı il tarixində, gecə saat 01:00 radələrində Cəlilabad rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Həkimlər tərəfindən xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Tibb personalının göstərdiyi çoxsaylı səylərə və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, xəsarət alanlardan birinin həyatını xilas etmək mümkün olmayıb. 1991-ci il təvəllüdlü şəxsin saat 02:00 radələrində bioloji ölümü qeydə alınıb. Digər yaralıların müalicəsi davam etdirilir.
AliyÉ™,
NOCOMMENT.az