EN

YAP Gəncə şəhər təşkilatı aztəminatlı ailələrə bayram sovqatı payladı - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı təqdim olunub.

"Unikal" xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının əməkdaşları və könüllüləri aksiya çərçivəsində 100 aztəminatlı ailəyə gündəlik ərzaq məhsullarından ibarət sovqat verib, onları Novruz bayramı münasibətilə təbrik ediblər.

Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Chosen
15
unikal.az

1Sources