EN

Azərbaycanda kişiləri ehtiraslandıran içki aşkarlandı

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyulub.

Lent.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Abbasov Sərxan Hüseynqulu oğlunun Türkiyədən idxal etdiyi “Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi” müəssisəsinin istehsalı olan "DBL Drink Diblong" əmtəə nişanlı (20.07.2025 - 20.07.2027 istehsal və son istifadə tarixli) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. 

Faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyası məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
30
lent.az

10Sources