EN

İstintaq təcridxanasına ayaqqabıda narkotik keçirilməsinin qarşısı alınıb

İstintaq
2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə 1news.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətdən məlumat verilib.
Bildirilib ki, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilən 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və 1,233 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
7
11
1news.az

10Sources