EN

Ayaqqabıda narkotik keçirmək istədi...

Yazını böyüt
Yazını kiçilt

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə hafta.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə 2,810 qram qurudulmuş marixuana və  1,233 qram metamfetamin  aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
8
11
hafta.az

10Sources