EN

Alim Qasımov Kəmaləddin Heydərovun yeni bəstələrini ifa edəcək

Nəğməkar şair Baba Vəziroğlu yeni mahnılar üzərində işləyir. Sözləri şairə məxsus olan mahnıların musiqisi fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərova aiddir.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Baba Vəziroğlu budəfəki layihələrin Alim Qasımovla həyata keçiriləcəyini bildirib:

"Bu mahnılar məhz Alim Qasımov üçün yazılıb. O mənim sözlərimə yazılmış mahnılara dəfələrlə müraciət edib. Lakin bu dəfə Kəmaləddin Heydərovun bəstəsi olan əsərləri ifa edəcək".

Şair qeyd edib ki, sözügedən mahnılar yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.

Qeyd edək ki, Xalq artisti, xanəndə Alim Qasımov bundan əvvəl bəstəkar Kəmaləddin Heydərov və Baba Vəziroğluya məxsus "İlahi" layihəsini təqdim edib.

Chosen
11
9
far.az

10Sources