EN

Nərmin Kərimbəyova ilə Sahib İbrahimovdan "Etnik irs" FOTOSESSİYASI

Müğənni Nərmin Kərimbəyova ilə həmkarı Sahib İbrahimov yenidən bir araya gəlib.

Far.Az xəbər verir ki, sənət dostlarını bu dəfə bahar bayramı birləşdirib.

Qısa zamanda duet ortağəna çevrilən cütlük bu dəfə "Etnik İrs" adlı fotosessiya ilə pərəstişkarlarını sevindirib.

Klassik və milli geyimdə kamera önünə keçən, sənətçilər bayram adəti və ən-ənənələrinin unudulmamasını tövsiyyə edib.

Sözügedən şəkillər fotoqraf Elvin Hacızadə tərəfindən İçəri şəhərdə yerləşən etnik məkanda lentə alınıb. Fotolarda əks olunan hər iki obraz yerli brendlərə aiddir.

Nərminin tərzi üzərində Esmira Ağazadə, Aynur Fəxrəddinova və Sakinam çalışıb.

Xatırladaq ki, ifaçılar yeni duetləri üzərində də çalışır.

Chosen
72
far.az

1Sources