Pedru Netu cəzalanmaq təhlükəsindən qurtulub.
"Football-plus.az" xəbər verir ki,“Çelsi”nin vingeri Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk matçında (2:5) topdaşıyan uşağı itələdiyi üçün araşdırmaya cəlb olunmuşdu. UEFA intizam araşdırmasından sonra portuqaliyalı futbolçuya qarşı diskvalifikasiya qərarı çıxarmayıb: 26 yaşlı oyunçu “qeyri-idman hərəkətinə” görə yalnız xəbərdarlıq alıb.
Nəticədə Pedru PSJ ilə cavab oyununda iştirak edə biləcək. “Çelsi” - PSJ matçı bu gün 00.00-da start götürəcək.