EN

Yanvar-fevral aylarında Azərbaycandan ixrac olunan neft məhsullarının həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə 75,4milyon ABŞ dolları dəyərində 103,6 min ton bitumlu süxurlardan əldəedilən neft və neft məhsulları, həmçinin tərkibində kütləsinin 70faizi və daha çoxu neft və ya neft məhsullarından ibarət olanməhsullar ixrac edilib.

Bu barədə Trend-əAzərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu göstərici dəyərifadəsində 13,1 milyon ABŞ dolları və ya 25,8 faiz çox, fiziki həcmbaxımından isə 7,9 min ton və ya 7,1 faiz az olub.

Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracındapayı 12,06 faiz təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dollarıməbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü iləmüqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzindəixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo iləyekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya5,3% azdır.

Məqalədə:
Chosen
56
2
az.trend.az

3Sources