EN

"Mingəçevir" Orxan Sadıqlı ilə yollarını ayırıb

Hacıqabulda tanışını şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Bikə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Bikə Vəliyevaya 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Məhkəmə təqsirləndirilən şəxsin azyaşlı övladının olmasını nəzərə alaraq, Cinayət Məcəlləsinin 79.1-ci (Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınması) maddəsini tətbiq edib, cəzanın 2030-cu ildək təxirə salınması barədə qərar verilib.

Qeyd edək ki, hadisə Hacıqabul rayonunda baş verib. Təqsdirləndirilən Bikə Vəliyeva tanışını görüntülərlə şantaj etməkdə, hədə-qorxu gələrək pul tələb etməkdə ittiham edilib. Ona Cinayət Məcəlləsinin 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan olunub.

"Cebheinfo.az"

Chosen
29
cebheinfo.az

1Sources