“Qarabağ”ın yayda Zaqreb “Dinamo”sundan icarəyə götürdüyü Sami Mmae ötən aydan intizamsızlığa görə əsas komandanın heyətindən uzaqlaşdırılıb, əvəzedici komandaya göndərilib. Belçikalı futbolçu, deyəsən, taleyi ilə barışıb.
Çünki əvəzedicilər liqasında artıq 5 oyuna çıxıb. Özü də Maksim Medvedin rəhbərlik etdiyi komandanın heyətində bütün oyunlarda 90 dəqiqə meydanda olub.
Xatırladaq ki, Mmaenin 2028-ci ilin yayına qədər Xorvatiya təmsilçisi ilə müqaviləsi var.
MÜZƏFFƏR QULUZADƏ