Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd 4" əməliyyatının 59-cu dalğasını həyata keçirib.
Bu barədə ISNA SEPAH-a istinadən məlumat yayıb.
Bildirilib ki, İsrailin Təl-Əviv, Qüds şəhərləri ilə yanaşı, ABŞ-nin Qətərdə yerləşən Əl-Udeyd hava bazası da hədəf alınıb:
"ABŞ-nin Qətərdəki Əl-Udeyd, Küveytdəki "Əli-Salem", Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə, Bəhreynin cənubunda yerləşən (Fars körfəzi sahili - red.) "Şeyx İsa" və İraqın Ərbil şəhərindəki bazalarına "Qədr", "İmad", "Fəttah" və "Hacı Qasem" raketləri, həmçinin pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.