EN

Azərbaycanlı yazıçı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycanlı yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib. Eyni zamanda, alim beynəlxaq qızıl ulduz medalı ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, o, bu təltiflərə elm, təhsil, ədəbiyyat və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Qeyd edək ki, Natəvan Dəmirçioğlu “Üç nöqtə”, “Səbət”, “Yetim” povestlərinin, “Bir ovuc torpaq”, “Avey əfsanəsi” , “Dözüm”, “Kəlağayı” hekayələrinin, Birinci Qarabağ savaşına, 44 günlük Vətən müharibəsinə və Zəfərimizə həsr olunan “Açar” romanının müəllifidir. Əsərləri ingilis, rus, fars, özbək, tatar dillərinə tərcümə olunub, Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Kitabları və əsərləri Moskva, Ankara, İstanbul, Tehran, Daşkənd, Kazan və digər şəhərlərdə yayımlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
2
azertag.az

3Sources