EN

Yanvar ayında Azərbaycandan ən çox neft idxal edən ölkələr məlum olub

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 1,704 milyardABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 3,6 milyonton xam neft və neft məhsulları ixrac edilib.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu rəqəm dəyər ifadəsində969 milyon ABŞ dolları və ya 36,3%, həcm baxımında isə 1,178 milyonton və ya 24,7% azdır.

2026-cı ilin yanvar ayında Azərbaycandan ən çox neft idxal edənölkələrin ilk üçlüyündə müvafiq ardıcıllıqla İtaliya (2,428 milyonton, 1,142 milyard ABŞ dolları dəyərində), Ruminiya (286,3 min ton,140,7 milyon ABŞ dolları) və Portuqaliya (223,6 min ton, 112,4milyon ABŞ dollarından çox) yer alıb.

Cədvəldə 2026-cı ilin yanvar ayında Azərbaycandan xam neft vəneft məhsullarının ən böyük 10 idxalçısı göstərilib.

Ölkə

İdxal həcmi

İdxal dəyəri (ABŞ dolları ilə )

İtaliya

2 427 849,63

1 142 037 800

Rumıniya

286 280,92

140 706 790

Portuqaliya

223 549,41

112 357 890

Çexiya

169 841,63

83 922 490

Almaniya

154 729,96

65 258 730

Xorvatiya

86 166,17

40 819 950

Bolqarıstan

78 494,85

37 415 050

Tunis

61 269,98

29 498 760

Türkiyə

47 080,05

22 103 540

İndoneziya

38 554,41

17 866 200

Digər

26 490,38

12 421 230

Qeyd edək ki, Azərbaycandan çıxarılan neft qonşu ölkələrə vədünya bazarlarına üç neft kəməri vasitəsilə nəql olunur:Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). HazırdaBakı-Supsa kəməri ilə neftin ixracı dayandırılıb.

Məqalədə:
Chosen
64
2
az.trend.az

4Sources