EN

Anand: Kanada nüvə sahəsindəki təcrübəsini Türkiyə ilə bölüşəcək

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Türkiyə ilə Kanadanın nüvə sahəsində əməkdaşlığı geniş enerji dialoqu çərçivəsində aparılır.

Moderator.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Anita Anand türkiyəli həmkarı Hakan Fidanla Ankarada birgə mətbuat konfransında deyib.

"İmzalanan anlaşma memorandumu da Kanada ilə Türkiyənin nüvə sahəsində əməkdaşlığına hesablanıb",- A. Anand bildirib.

Onun sözlərinə görə, enerji əməkdaşlığı əsasən Qara dəniz hövzəsini əhatə edəcək. "Kanada nüvə sahəsində Türkiyə ilə öz təcrübəsini bölüşəcək",- kanadalı nazir vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
2
moderator.az

3Sources