Nikolas Ceksonun aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın futbolçusu komandasının bundesliqadakı növbəti 2 oyununu buraxacaq.
Seneqallı hücumçu 26-cı turun “Bayer-04” ilə oyununda Martin Terryerə zərbə vurduğu üçün qırmızı vərəqə almışdı. Bundesliqanın İntizam Komitəsi bu hərəkəti 2 oyunluq cəza kimi dəyərləndirib. Cekson 27-ci və 28-ci turlarda “Union” və “Frayburq”la keçiriləcək matçları buraxacaq.
Qeyd edək ki, müqavilə ilə “Çelsi”yə məxsus olan hücumçu bu mövsüm münhenlilərin heyətində 25 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.