“Nature Astronomy” jurnalında dərc olunmuş məqalədə deyilir ki, planetin diametri Yer kürəsindən 60 faizdən çox böyük olsa da, sıxlığı bizim planetin yalnız 40 faizi qədərdir. Yer kürəsindən təxminən 34 işıq ili məsafədə, Volanlar bürcündə yerləşən, Günəşdən daha kiçik və daha soyuq “qırmızı cırtdan” ulduzun ətrafında fırlanır. Ulduzun kütləsi Günəşin kütləsinin 30 faizindən bir qədər az, parlaqlığı isə onun parlaqlığının təxminən 1 faizini təşkil edir. "L 98-59 d" adlanan planet ulduzun ətrafında fırlanan məlum beş planetdən üçüncüsüdür.
Planetin bütöv maqma okeanıdır. Qabıq, yuxarı və aşağı mantiya yoxdur. Planetin metal nüvəsi nisbətən kiçik görünür. Maqma okeanı planetin daxili radiusunun 70-90 faizini təşkil edir və 4465-5740 km dərinliyə çatır.
Onun qalın atmosferi əsasən hidrogendən ibarətdir, lakin çox yüksək kükürd tərkibinə malikdir. Atmosferin təxminən 10 faizi çürük yumurta qoxusu verən zəhərli qaz hidrogen sulfiddir. Atmosfer ulduzdan gələn istiliyi tutaraq planetin səthini o qədər isti saxlayır ki, o, ərimiş vəziyyətdə qalır.
"L 98-59 d" 2019-cu ildə kəşf edilib, 2024-cü ildə “Ceyms Vebb” kosmik teleskopu, 2025-ci ildə isə yerüstü teleskoplar tərəfindən müşahidə edilib. Tədqiqatçılar onun təxminən beş milyard illik tarixini modellləşdirmək üçün kompüter simulyasiyalarından istifadə ediblər.
1990-cı illərdən bəri Günəş sistemimizdən kənarda 6100-dən çox planet (ekzoplanet) kəşf edilib, lakin bu onların heç birinə bənzəmir. Maqma okeanı və kükürdlə zəngin atmosferin unikal birləşməsi onu hələlik tək bir sinfə daxil edir.