EN

Bəhlul sağalandan sonra yeni klubla müqavilə imzalayacaq? indi çəliklə gəzir...

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə martın 1-də əməliyyat olundu.Xatırladaq ki, Çempionlar Liqasının pley-offunda "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi müdaxiləyə ehtiyac duymuşdu.29 yaşlı futbolçunun sağlamlıq vəziyyətiylə maraqlanmaq məqsədilə atası Ələmdar Mustafazadəylə əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:

“Bəhlul Finlandiyada əməliyyat olundu. Hazırda Bakıdadı. Ev şəraitində müalicə alır. Hələ ki çəliklə gəzir. Daim əlaqədəyik. Özünü yaxşı hiss edir. Psixoloji durumuyla bağlı hansısa problem yoxdu. Böyük ehtimalla, mayda məşqlərə başlaya biləcək. Ancaq onun üçün mövsüm başa çatıb”.

Ələmdar bəyə Bəhlulun adının yenidən “Şençjen Penq Siti”ylə hallandığını da bildirdik. O bu barədə hansısa məlumatının olmadığını dedi.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
icma.az

2Sources