EN

Avropanın nəhəngləri Luis Holl üçün hərəkətə keçdi

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Nyukasl Yunayted"in gənc və istedadlı müdafiəçisi Luis Holl Avropa transfer bazarının ən çox arzulanan simalarından birinə çevrilib.

Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçunun Çempionlar Liqasında "Barselona"ya qarşı nümayiş etdirdiyi möhtəşəm oyun bir çox nəhəng klubun skautlarını hərəkətə keçirib.

Məlumata görə, İngiltərə Premyer Liqasının liderləri olan "Mançester Siti", "Liverpul" və "Arsenal" gənc sol cinah müdafiəçisini yaxından izləyir. Lakin Holl üçün maraq təkcə Ada ilə məhdudlaşmır; Almaniyanın "Borussiya Dortmund" və "RB Leypsiq" klubları ilə yanaşı, "Barselona"nın da oyunçunu transfer siyahısına daxil etdiyi bildirilir.

"Nyukasl Yunayted" isə öz ulduzunu asanlıqla buraxmaq niyyətində deyil və onun transfer qiymətini minimum 70-80 milyon avro (təxminən 65-70 milyon funt-sterlinq) dəyərində qiymətləndirir. Futbolçunun klubu ilə 2029-cu ilə qədər müqaviləsi olması "sağsağanlar"ın danışıqlarda əlini gücləndirən əsas amildir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
1
fanat.az

2Sources