EN

Qazaxıstan və Aİ enerji tərəfdaşlığını gücləndirir

ain.az bildirir, Moderator.az portalına istinadən.

Qazaxıstan və Avropa İttifaqı (Aİ) enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, o cümlədən bərpa olunan enerji mənbələrinin inkişafı və transmilli layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Moderator.az Qazaxıstan bürosu ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir ki, müvafiq məsələlər Qazaxıstan-Aİ energetika, nəqliyyat, ətraf mühit və iqlim dəyişikliyi alt komitəsinin 9-cu iclasında müzakirə olunub.

İclasa Qazaxıstan tərəfindən energetika nazirinin müavini Sanjar Jarkeşov, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Mərkəzi Asiya şöbəsinin rəhbəri Ditmar Krissler rəhbərlik edib.

Görüş zamanı tərəflər enerji sektorunda əməkdaşlığın cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Xammalın, akkumulyatorların və bərpa olunan hidrogenin dayanıqlı təchizat zəncirləri sahəsində strateji tərəfdaşlığın inkişafına xüsusi diqqət yetirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
2
moderator.az

3Sources