EN

Yük maşını ilə toqquşan təcili yardımın sürücüsü öldü; həkimlər xəstəxanalıq oldu FOTO VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Cağırışa gedən təcili tibbi yardım maşını ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində baş verib.  Məlumata görə, Samsun-Ordu avtomobil yolunun Çarşamba rayonundan keçən hissəsində  Camal Ürənin idarə etdiyi fındıq yüklü 55-AHY-556 nömrə nişanlı yük maşını çağırışa gedən Rəcəb Sağıroğlunun idarə etdiyi 55-ATY-154 nömrə nişanlı təcili yardım maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşıb.

Qəza nəticəsində təcili yardım avtomobilinin sürücüsü ölüb, avtomobildə olan həkimlər Tuğba Ardal, Oğuzxan Külle və yük maşınının sürücüsü Camal Ürə yaralanıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
avtosfer.az

1Sources