EN

“Buşəhr” AES-də HƏYƏCAN: Əraziyə mərmi düşdüyü BİLDİRİLİR

İranın “Buşəhr” AES-in ərazisinə mərmi düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı (AEOI) məlumat yayıb.

İran hakimiyyəti “Buşəhr” Atom Elektrik Stansiyasının (AES) ərazisinə bir mərminin düşdüyünü qeydə alıb.

Verilən məlumata görə, hadisə nəticəsində hər hansı ciddi dağıntı və ya zərər barədə məlumat yoxdur.

Hazırda stansiyanın təhlükəsizlik vəziyyəti ilə bağlı monitorinqlər davam etdirilir və vəziyyətin nəzarət altında olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
77
interpress.az

1Sources