EN

Çin İranın neft ixracında liderliyini QORUYUR

İran neft ixracından gündəlik 140 milyon dollar (təxminən 238 milyon manat) gəlir əldə edir

İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.

Sanksiyalara baxmayaraq, İran İslam Respublikası Hörmüz boğazı vasitəsilə xammal tədarükünü uğurla davam etdirir.

Ölkə hazırda gündəlik 1,5–1,6 milyon barel neft ixrac edir ki, bu da dövlət büdcəsinə hər gün 140 milyon dollar (təxminən 238 milyon manat) vəsaitin daxil olması deməkdir.

Məlumata görə, Vaşinqton qlobal bazarda neft qıtlığının yaranmaması üçün bu ixrac axınlarına faktiki olaraq göz yumur. İran neftinin ən böyük və əsas alıcısı isə Çin Xalq Respublikası olaraq qalır.

Analitiklər qeyd edirlər ki, rəsmi Tehranın sanksiya təzyiqləri altında belə ixrac həcmlərini qoruyub saxlaması ölkə iqtisadiyyatı üçün mühüm dayaq rolunu oynayır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
77
interpress.az

1Sources