EN

İsrail ordusu Tehranda “Bəsic”in 10-dan çox mövqeyini vurdu – VİDEO

SAXAL-ın (İsrail Müdafiə Ordusu) mətbuat xidmətinin məlumatına görə, son həftələrdə İsrail Hərbi Hava Qüvvələri “Bəsic”in komanda mərkəzlərinə nöqtə atışları ilə zərbələr endirib.

SEPAH qüvvələrinin alternativ qərargahlara köçməsindən sonra İsrail kəşfiyyatı yeni yerdəyişməni qeydə alıb: “Bəsic” yaraqlıları mülki infrastrukturdan istifadə edərək Tehranın mərkəzindəki ictimai yerlərdə mövqelər qurublar.

NOCOMMENT.az xəbər verir ki, bununla əlaqədar olaraq, son saatlarda İsrail HHQ hərbi kəşfiyyatın dəqiq hədəf göstərməsi ilə Tehran boyu 10-dan çox fərqli mövqedə fəaliyyət göstərən “Bəsic” üzvlərinə zərbələr endirib. Vurulan obyektlər arasında “Bəsic” və SEPAH-ın əvvəllər futbol klubu kimi fəaliyyət göstərən təcili postu da var.

SAXAL-ın məlumatına görə, bu, İran rejiminin öz hərbi fəaliyyətlərini pərdələmək üçün mülki infrastrukturdan kinli şəkildə istifadə etdiyini göstərir.

Sara

NOCOMMENT.az

 

Chosen
52
nocomment.az

1Sources