EN

DÉ™hÅŸÉ™tli QİSAS: GÉ™nc qadının zorla başını QIRXDILAR – VİDEO

Özbəkistanda qadın ərinin məşuqəsinin saçlarını qırxıb, ayaqlarını yalamağa məcbur edib.

İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Özbəkistanda qısqanclıq zəminində törədilən amansız görüntülər sosial şəbəkələrdə yayılıb. İstintaqın məlumatına görə, hadisənin təşkilatçısı 35 yaşlı qadın olub.

O, 28 yaşlı zərərçəkmiş qadını öz əri ilə münasibətdə şübhəli bilərək ondan qisas almaq qərarına gəlib.

Gənc qadın qaçırılaraq kimsəsiz bir yerə aparılıb. Orada onu təhqir edərək ayaqları öpməyə və yalamağa məcbur ediblər.

Daha sonra isə qadının saçlarını və qaşlarını zorla qırxıblar. Bütün bu anlar telefona çəkilib.

Hadisənin bütün iştirakçıları artıq saxlanılıb. Onları 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
125
interpress.az

1Sources