EN

Təcili ölkəni tərk edin! – Türkiyə vətəndaşlarına xəbərdarlıq etdi

Türkiyənin İraqdakı səfirliyi vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb.Globalinfo.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.Bildirilib ki, İraq hava məkanının bağlanmasına və 19 mart tarixinə qədər uçuşların ləğv edilməsinə baxmayaraq, Türkiyə vətəndaşları İraqı quru sərhədləri vasitəsilə tərk edə bilərlər.

Diplomatik missiya açıqlamasında daha sonra qeyd edib:

"Hazırda İraqdakı təhlükəsizlik vəziyyəti sürətlə pisləşir. İnsanları ölkə daxilində izdihamın çox olduğu yerlərdən, Bağdaddakı Yaşıl Zonadan, Bağdad və Ərbil hava limanlarından uzaq durmağa çağırırıq".

Eləcə də İraqdakı Türkiyə vətəndaşlarına bu ölkədəki neft yataqlarına yaxın ərazilərdən uzaq durmaq tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
80
olaylar.az

1Sources