EN

Yaponiya Rusiya HHQ-nin regiondakı fəaliyyətini yaxından izləyir

Yaponiya Rusiya HHQ-nin regiondakı fəaliyyətini yaxından izləyir

Yaponiya hökuməti Rusiya Müdafiə Nazirliyinin "Kinjal" hipersəs raketləri ilə təchiz olunmuş "MiQ-31" qırıcılarının Yaponiya dənizinin neytral suları üzərində həyata keçirdiyi uçuşlardan xəbərdardır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara jurnalistlərə açıqlamasında rəsmi Tokionun regionda Rusiya hərbçilərinin hərəkətlərini diqqətlə izlədiyini bildirib.

"Biz Rusiya Müdafiə Nazirliyinin qeyd olunan bəyanatından məlumatlıyıq. Hökumətimiz bundan sonra da Yaponiya yaxınlığındakı akvatoriyalarda Rusiya hərbi qüvvələrinin fəaliyyətini operativ şəkildə təqib etməyə davam edəcək", — deyə baş katib vurğulayıb.

Chosen
97
afn.az

1Sources