EN

Tramp: NATO ölkələri İrana qarşı apardığımız əməliyyatda iştirakdan imtina ediblər

Bir çox NATO ölkəsi Vaşinqton administrasiyasına ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyəcəklərini bildirib.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün  "Truth Social" platformasında yazıb.

 

O qeyd edib ki, artıq NATO ölkələrinin köməyinə ehtiyacı yoxdur.

 

Onun sözlərinə görə, NATO müttəfiqlərinin əksəriyyəti ABŞ-ın Yaxın Şərqdəki əməliyyatlarında iştirakdan imtina edib, baxmayaraq ki, onlar İranın nüvə silahına sahib olmasının yolverilməzliyi barədə ABŞ-ın  mövqeyini dəstəkləyirdilər.

 

"Mən onların mövqeyinə təəccüblənmirəm, çünki biz onları qoruyuruq, onlar isə bizim üçün heç nə etmirlər, xüsusilə ehtiyac anında", - Tramp vurğulayıb.

 

O qeyd edib ki, ABŞ İranın hərbi potensialına fəlakətli zərbə endirdi: hərbi-dəniz qüvvələri, aviasiya, hava hücumundan müdafiə sistemləri və radarlar məhv edildi və ola bilsin ki, ən əsası - onların demək olar ki, bütün səviyyələrdə liderləri aradan götürüldü.

 

"Belə bir hərbi uğur sayəsində bizə artıq NATO ölkələrinin köməyi lazım deyil və biz onu istəmirik - bizə heç vaxt lazım olmayıb! Eynilə Yaponiyanın, Avstraliyanın və ya Cənubi Koreyanın köməyi kimi. Əslində, dünyanın şübhəsiz ən güclü ölkəsi olan ABŞ-ın Prezidenti kimi deyirəm, biz heç kimdən kömək istəmirik!", - o əlavə edib.

Chosen
24
5
senzor.az

9Sources