EN

Bu ərazilərdə 09:00 dan qaz KƏSİLƏCƏK

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün saat 09:00-dan etibarən iki yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Tərtər və Zaqatala Regional Qaz İstismarı idarələri məlumat yayıblar. 

Bildirilib ki, Tərtər rayonunda qaz təchizatının dayandırılmasına səbəb Tərtər Xidmət Sahəsinin "Azadqaraqoyunlu" qazpaylayıcı stansiyasından (QPS) qidalanan şəhərin H.Əliyev prospektində qeyri-yaşayış sahəsinin qarşısından keçən qaz xəttinin şəbəkəyə qoşulmasıdır.

Quraşdırma işləri başa çatdıqdan sonra 645 abonentin qaz təchizatı bərpa ediləcək.

Digər məlumatla Balakən rayonunun Katex kəndində qaz təchizatının dayandırılmasına səbəb "Təmiz Qaz" QSC tərəfindən balans qovşağının quraşdırılmasıdır.

İşlər başa çatdırıldıqdan sonra 2 013 əhali və 15 qeyri-əhali abonentə qazın verilməsi bərpa olunacaq.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
13
news.milli.az

10Sources