EN

Dünyanın ən uzun eskalatoru açıldı – dağa 20 dəqiqəyə qalxır

Çində rekord qırıldı – artıq şəhərin aşağı hissəsindən yuxarıya qalxmaq saatlarla vaxt aparmır.

Ekologiya.az xəbər verir ki, Çinin Çunçin şəhərində “Uşan Tanrıçası eskalatoru” adlı nəhəng layihə rəsmi olaraq istifadəyə verilib.

Uzunluğu 905 metr olan bu unikal sistem dünyanın ən uzun eskalatoru hesab olunur və sərnişinləri cəmi 20 dəqiqəyə dağa qaldırır. Halbuki əvvəllər sakinlər eyni məsafəni qət etmək üçün təxminən 1 saat vaxt sərf edirdilər.

Layihə sadəcə eskalatordan ibarət deyil. Bu, bütöv bir nəqliyyat kompleksidir. Sistemə 21 eskalator, 8 lift və 4 travolator daxildir. Bundan əlavə, marşrut boyunca 2 piyada körpüsü, 2 estakada və panoramik mənzərə təqdim edən bir neçə baxış meydançası qurulub.

Maraqlıdır ki, bu nəhəng layihənin həyata keçirilməsi mühəndislər üçün asan olmayıb. Tikinti zamanı sərt qayalıqlar, sıx yaşayış sahələri və yeraltı kommunikasiya xətləri ciddi çətinliklər yaradıb. Bu səbəbdən bəzi hissələr yüngül estakadalar üzərində qurulub.

Eskalatordan istifadə isə kifayət qədər ucuzdur – cəmi 3 yuan, yəni təxminən 40 sent.Musavat.com

Chosen
38
1
ekologiya.az

2Sources