EN

Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda əmək müqaviləsinə xitam veriləcək.

İş elanları AzVak.az-da

© APA

Əmək müqaviləsi xitamı Azərbaycan Əmək Məcəlləsi əmək hüququ dəyişiklikləri Milli Məclis qanun layihəsi işçinin sağlamlığı əmək şərtləri ağır və təhlükəli iş yerləri zərərli əmək şəraiti qida sənayesi işçiləri ictimai iaşə sektoru səhiyyə işçiləri ticarət sektoru əmək müqaviləsi tibbi arayış tələbi işçilərin sağlamlıq yoxlaması əmək hüququ yenilikləri əmək müqaviləsi pozulması iş yerində təhlükəsizlik tələbləri işçinin sağlamlıq vəziyyəti hüquqi nəzarət əmək Azərbaycan qanunvericiliyi əmək münasibətləri tənzimlənməsi
Chosen
42
22
marja.az

10Sources