EN

Kiyev Yaxın Şərqə 200-dən çox hərbi mütəxəssis göndərib

Hazırda Yaxın Şərqdə 201 Ukrayna hərbi mütəxəssisi var və daha 34 nəfər yola düşməyə hazırdır.

Herbiand.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodymyr Zelensky çərşənbə axşamı, 17 mart tarixində Britaniya Parlamentindəki çıxışı zamanı bildirib.

Onun sözlərinı görə, bunlar Rusiyanın Ukraynaya hücum etmək üçün müntəzəm olaraq istifadə etdiyi Şahid tipli dronlardan necə müdafiə olunmağı bilən hərbi mütəxəssislərdir.

"Komandalarımız artıq BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına gəlib və Küveytə də gedirlər. Biz digər ölkələrlə də işləyirik; artıq müqavilələr bağlanıb. Biz İranın qonşularına qarşı terrorizminin davam etməsini istəmirik", - deyə Zelensky bildirib.

O, əlavə edib ki, ABŞ da daxil olmaqla, Ukraynanın tərəfdaşlarının sorğusuna cavab olaraq mütəxəssisləri göndərmək qərarına gəlib.

Chosen
60
herbiand.az

1Sources