EN

İran Hörmüz boğazından gəmilərin keçid qaydalarını dəyişəcək

İran ABŞ və İsraillə müharibə başa çatdıqdan sonra Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı yeni qaydalar hazırlamağı planlaşdırdığını bildirib.

Milli.Az xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi Qətərin Al Jazeera telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, yeni qaydalar akvatoriyada daimi təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün hazırlanacaq. Qaydalar aydın prinsiplər əsasında qurulacaq və həm İranın, həm də bütün Yaxın Şərq regionunun maraqları nəzərə alınacaq.

Diplomat əlavə edib ki, Hörmüz boğazında təhlükəsizliyin təminatçıları onun hər iki tərəfində yerləşən ölkələr - İran, Oman və Birləşmiş Ərəb Əmirlikləri olmalıdır.

Ayxan
Milli.Az

Chosen
41
3
milli.az

4Sources