EN

Robert Köçəryanın baş nazirliyə namizəd olması Kremlin planıdır – Politoloq 

“Ermənistanın eks-prezidenti R.Köçəryan "Hayastan" bloku tərəfindən baş nazirliyə namizədliyi irəli sürülüb. Rusiyanın dəstək verdiyi R.Köçəryan və iş adamı S.Karapetyanın "Güclü Ermənistan" partiyasının N.Paşinyana qarşı ciddi şəkildə kampaniya aparacağı gözlənilir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, deyib ki, Rusiya hər iki partiyanı dəstəkləməklə N.Paşinyanın elektoradını parçalamağa çalışır:

“Buna baxmayaraq hər iki siyasi təşkilatin N.Pasinyanın qələbəsinə ciddi maneə yaradacağı mümkün görünmür.İyunun 7-də keçiriləcək seçkilərdə N.Paşinyan və R.Köçəryan arasında əsas mübarizə olacaq. Rusiyanın dəstək verdiyi, Qarabağ hərəkatanın davam etməsinin vacibliyini vurğulayan, revanşist kilsə rəhbərliyinin dəstək verdiyi R.Köçəryan və Qarabağ hərəkatına qarşı olaraq, sülhü təbliğ edən N.Paşinyan arasında xalq seçim edəcək. Ümumiyyətlə R.Köçəryanın namizəd olması, N.Paşinyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir. Amma, Rusiya Ermənistanda seçkilərdə təxribatlara əl ata bilər. Ona görə də Avropa İttifaqı Ermənistana missiya göndərəcək. Ermənistan uğrunda Avropa İttifaqı və Rusiya arasında mübarizə yeni müstəvidə davam edəcək. Türkiyə və Azərbaycan hazırkı N. Paşinyanın qələbəsində maraqlıdır.Gürcüstan hakimiyyəti isə, Rusiya ilə birgə R.Köçəryana dəstək verməsi gözlənilir.Gürcüstan hakimiyyəti R. Köçəryanın qələbə qazanmasında maraqlıdır”.

Vasif ƏLİHÜSEYN

Chosen
25
3
adalet.az

8Sources