
İran hakimiyyəti 2025-ci ilin iyun ayında İsrailə casusluq etməkdə təqsirli bilinən səxsə qarşı edam cəzasını icra edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, şübhəli şəxs İsraillə əvvəlki hərbi münaqişə zamanı Tehranın yaxınlığında saxlanılıb.
O, İsrailin “Mossad” kəşfiyyat xidmətinə işləməkdə ittiham edilirdi.
İddialara görə, o, İrandakı “həssas hədəflər” barədə xaricə məlumat ötürüb.