EN

Milli Kitabxanada professor Nüşabə Araslının 85 illiyin həsr olunmuş kitab sərgisi açılıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Milli Kitabxanada AMEA-nın müxbir üzvü, görkəmli ədəbiyyatşünas alim və Nizamişünaslıq sahəsində tanınmış tədqiqatçı, professor Nüşabə Araslının anadan olmasının 85 illik yubileyi münasıbətilə “Professor Nüşabə Araslı” adlı kitab şərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin əsərləri, həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən ədəbiyyatlar sərgilənir.

Professor Nüşabə Araslı uzun illər Azərbaycan ədəbiyyatının, xüsusilə Nizami Gəncəvinin yaradıcılığının araşdırılması ilə məşğul olub, bu sahədə mühüm elmi əsərlər yazaraq Azərbaycan ədəbiyyatşünaslığının inkişafına dəyərli töhfələr verib.

Alimin elmi fəaliyyətinin əsas istiqamətləri qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik poeziyanın Şərq xalqları ədəbiyyatları ilə qarşılıqlı əlaqələri və tipologiyası, “Kitabi-Dədə Qorqud” abidəsi, eləcə də Xaqani, Arif Ərdəbili, Nəsimi, Xətai, Füzuli kimi sənətkarların ədəbi irsinin tədqiqini əhatə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
2
azertag.az

3Sources