EN

Frank De Blekere “Barselona” - “Nyukasl” matçına təyinat alıb

Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Blekere UEFA-dan təyinat alıb.

İdman.Biz milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki. o, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” (İspaniya) - “Nyukasl” (İngiltərə) oyununun hakim-inspektoru olacaq.

Bu gün Barselonanın “Nou Kamp” stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

İdman.Biz
Chosen
24
24
idman.biz

10Sources