EN

Tramp İranda tam qələbənin yaxınlaşdığını deyib

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İranda tam qələbənin yaxınlaşdığını deyib.

Bizimyol.info xəbər verir ki, o, bunu İtaliyanın "Corriere della Sera" qəzetinin müxbiri ilə telefon danışığında bildirib.

"Bu müharibədə əla iş görürük. Biz böyük fərqlə qalib gəlirik. Heç kim belə bir şey görməyib və bu, çox çəkməyəcək", - deyə qəzet Amerika liderinin sözlərini sitat gətirib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə də zərbələr endirilib.

Martın 2-də İİKK general-mayoru İbrahim Cabari xəbərdarlıq edib ki, dünya neft ixracatının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı İsrail və ABŞ-ın İslam Respublikasına qarşı hərbi əməliyyatları səbəbindən gəmiçilik üçün bağlanacaq. Martın 5-də İranın xarici işlər naziri Abbas Əraqçi boğazın bağlanmadığını, gəmilərin və tankerlərin hər iki tərəfdən hücumlardan qorxaraq oradan keçməyə cəhd etmədiyini bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
icma.az

1Sources