EN

Ərbil və Bağdad razılaşdı: Türkiyə yeganə nicat yeridir

Ərbil və Bağdad Kürdüstandan Türkiyəyə boru kəməri ilə İraq neftinin ixracını bərpa etmək üçün razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə İraq parlamentinin kürd üzvü “Rudaw”a bildirib.

İraqın neft naziri Hayyan Əbdül Qani “Rudaw”a bildirib ki, razılaşma çərşənbə günü səhər qüvvəyə minəcək.

Kürdüstan Demokrat Partiyasını (KDP) təmsil edən parlament üzvü Şervan Dubardani bildirib ki, tərəflər ixracın bərpasına yönəlmiş razılaşmanı yekunlaşdırıb.

"Ərbil və Bağdad neft ixracı ilə bağlı razılığa gəliblər və onun icrası sabah başlayacaq. Əvvəlcə Kürdüstan və Kərkük yataqlarından mövcud neft həcmləri birgə ixrac ediləcək", - deyə Dubərdani bildirib.

Chosen
22
publika.az

1Sources