EN

Myanma Hərbi Hava Qüvvələri Su-30 SME və K-8W təyyarələri alıb

Rusiya istehsalı olan iki Su-30 SME qırıcı təyyarəsi və iki Çin K-8W döyüş təlim təyyarəsi ölkənin Hərbi Hava Qüvvələri tərəfindən qəbul edilib.

Herbiand.az bildirir ki, bu barədə Myanma Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mərasim 12 mart 2026-cı ildə Meythiladakı aviasiya məktəbinin aerodromunda baş tutub. Tədbirdə Milli Təhlükəsizlik və Sülh Komissiyasının rəhbəri, həmçinin Myanma Silahlı Qüvvələrinin Baş Komandanı, baş general Min Aun Hlayn iştirak edib.

Təyyarənin qəbulundan sonra döyüş və nəqliyyat təyyarələrinin, eləcə də helikopterlərin iştirakı ilə uçuş-keçid mərasimi keçirilib.

Bəxtiyar CƏFƏRLİ



Chosen
51
herbiand.az

1Sources