EN

HƏMAS-ın komandirlərindən biri öldürülüb

Fələstinin HƏMAS silahlı qruplaşmasının təchizat və logistika bölməsinin komandiri Yahya Abu Labdanı öldürülüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, o, İsrail ordusunun martın 17-də keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Məlumata görə, Yahya Abu Labda HƏMAS-ın hərbi qanadına silah və hərbi avadanlığın alınması və daşınmasına cavabdeh idi. Onun nəzarətində onlarla ton raket xammalı və qruplaşmanın istehsal imkanlarını genişləndirmək üçün qabaqcıl elektron komponentlər olub. Bu avadanlıq sonradan 7 oktyabr hücumlarında HƏMAS tərəfindən istifadə edilmişdi.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
43
yenisabah.az

1Sources