EN

Politoloq Əli Mustafa: İran hazırda ABŞ İsrail ittifaqı ilə mübarizə aparır, indi Ukraynanı vurmaqla özünə yeni cəbhə açmaq istəməz

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məlumata görə, Rusiya-Ukrayna müharibəsi fonunda Kiyev pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində geniş təcrübə qazanıb və müxtəlif hava müdafiə sistemləri tətbiq edir. Bu səbəbdən bəzi ölkələr İran istehsalı olan dronların qarşısını almaq üçün Ukraynanın təcrübəsindən yararlanmaq istəyir. İran isə Ukraynanın bu sahədə mümkün iştirakını tənqid edərək, bunun regional gərginliyi daha da artıra biləcəyini bildirir.İran Ukraynanı vura bilərmi? İranın mövcud silahları bu hücumun reallaşmasına imkan verirmi?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynanın körfəz ölkələrinə və İsrailə kömək etməsi və bunun da İranı narahat etməsi başa düşüləndir: “Ukraynanın kifayət qədər hərbi təcrübəsi var. Uzun illərdir Rusiya İran dronları ilə Ukraynanı vurur və Ukrayna ordusu da bu dronlardan qorunmaq üçün müəyyən təcrübə əldə edib. Bu gün həmin təcrübəni körfəzdə İran dronlarının hədəfi olan ölkələrlə, o cümlədən İsraillə bölüşmək istəyir”.

Əli Mustafa

Politoloqun fikrincə, artıq Ukrayna tərəfi hərbçilər göndərib: “Bu məsələnin İranı narahat etməsi də başa düşüləndir. Çünki Ukrayna hərbçiləri kifayət qədər ciddi təcrübəyə malikdir və İran dronlarını zərərsizləşdirə bilirlər. Amma prezident Zelenski də bu yaxınlarda məsələyə münasibət bildirdi. Dedi ki, "əslində biz İranla çoxdan savaş halındayıq. Çünki İran müharibə başladığı gündən Rusiyanın yanında olub, Rusiyanı dronlarla təchiz edib". Ukrayna da bu məsələdə əslində narahat olmadığını, qorxmadığını bildirdi”.

Əli Mustafa qeyd edib ki, İranın raketləri Ukrayna ərazilərinə çata bilər: “Tehrandan Minskə təxminən 2500 km məsafə var. Amma İranın şimalından Ukraynanın cənubuna qədər olan məsafə daha azdır. Yəni İranın raketlərinin bir çoxu bu əraziyə çata və Ukrayna ərazilərini vura bilər. Düşünmürəm ki, bu gün İran bunu etsin. Çünki İranın İsrail və Amerika ilə kifayət qədər ciddi qarşıdurması var. Hər halda, cəbhəni böyütmək və Ukraynanı bu qarşıdurmaya daxil etmək istəməz. Sadəcə olaraq hədələyir. Məqsədi budur ki, Ukrayna bu savaşa qatılmasın və İranın hücumları zərərsizləşdirilməsin.

Əslində, Ukrayna çoxdan İranla qarşıdurmadadır. İran hər zaman Rusiyaya dronlarla dəstək verib. Hətta Ukrayna tərəfi qeyd edib ki, İran bu dronları Rusiyaya verəndə rus əsgərləri onlardan istifadə edə bilmirdi. Buna görə də, bir müddət İran hərbçiləri özləri həmin dronlardan istifadə edib ruslara öyrədiblər. Yəni bu da o deməkdir ki, İran faktiki olaraq Ukraynaya qarşı vuruşub. Hər halda, nə qədər hədə-qorxu olsa da, birbaşa İran–Ukrayna savaşı olmayacaq. Çünki İran bu gün kifayət qədər ciddi təzyiq altındadır və Amerika ilə qarşıdurma vəziyyətindədir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
icma.az

1Sources