Vətən müharibəsi iştirakçısı mənzillə təmin edilə bilərmi?
News365.az
xəbər verir ki, vəkil Cahangir Qasımzadə bu suala cavab verib:
“Vətən müharibəsi iştirakçısı növbəyə dayanarsa, mənzillə təmin edilə bilər.
Bunun üçün vətəndaş öncə qeydiyyatda olduğu rayonun icra hakimiyyətinə müraciət
etməlidir. Orda ona hansı sənədləri yığmalı olduğu barədə məlumat veriləcək. Qazidirsə,
bununla bağlı da sənəd təqdim etməlidir. Bundan sonra İcra Hakimiyəti vətəndaş
haqqında sərəncam verəcək. Bu sərəncamı Sosial Xidmətlər Agentliyinə təqdim etmək
lazımdır. Bütün bu proseslərdən sonra vətən müharibəsi iştirakçısı ev növbəsi
götürmüş olacaq”.