EN

Bu, ədalətsiz bir müharibədir... Bəqai

ain.az bildirir, Redaktor.az portalına istinadən.

İran ABŞ-nin İrana qarşı müharibəsini “ədalətsiz” adlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran sözçüsü Bəqai X sosial şəbəkəsində paylaşım edib.

Bəqai bildirib ki, “ABŞ hakimiyyəti İrana qarşı qanunsuz müharibələrini haqlı çıxarmaq üçün "böyük bir yalanı" – yəni İranın nüvə silahı əldə etmək cəhdini təkrarlayır”.

O vurğulayıb ki, “dünya, Amerika xalqı, region, Avropa və daha geniş beynəlxalq ictimaiyyət bunun heç bir hüquqi, məntiqi və ya mənəvi əsaslandırması olmayan qəddar, səbəbsiz bir təcavüz aktı olduğunu qəbul etməlidir”.

Bəqai əlavə edib: “Bu, ədalətsiz bir müharibədir – yalanların təkrarlanması ilə dünyaya satıla bilməyən və kiçik bəhanələrlə haqlı çıxarıla bilməyən bir müharibədir”.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
redaktor.az

2Sources