EN

“Qalatasaray” azarkeşləri Liverpul küçələrində atəşfəşanlıq etdi - VİDEO

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Liverpul”la qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubunun azarkeşləri İngiltərədə şou göstəriblər.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, axşamkı matça buraxılmayacaq istanbullu tərəfdarlar Liverpul küçələrində atəşfəşanlıq ediblər. 

UEFA “Yuventus”la oyundan öncə Turində polislə qarşıdurma yaradan türkiyəli tərəfdarların səfər oyunlarına iştirakına qadağa qoyub. Fanatlar da bu gün komandalarına yalnız Liverpul küçələrində dəstək ola  biliblər. 

Qeyd edək ki, ilk matçda “Qalatasaray” 1:0 hesablı qələbə qazanıb. 

"Cebheinfo.az"

Chosen
28
1
cebheinfo.az

2Sources