EN

İrandan dörd ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi FOTO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

İrandan martın 18-i saat 08:00-dan 12:00-dək dörd ölkə vətəndaşı Azərbaycana təxliyə olunub.Avtosfer.az "Report"a istinadən xəbər verir ki, onların keçidi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.Bunlar Almaniya və Hindistanın hər birinin iki, Kanada və Pakistanın isə bir vətəndaşıdır.Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
11
avtosfer.az

10Sources