ABŞ-ın Ohayo ştatı üzərində böyük meteorit partlayıb. Partlayışın gücü 250 ton trotil ekvivalentinə səbəb olub.
Herbiand.az bildirir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar idarəsi (NASA) məlumat verib.
NASA-nın meteorit şöbəsinin rəhbəri Bill Kuk bildirib ki, o, bir çox fraqmentə parçalanaraq təxminən 250 ton trotil ekvivalentində enerjisi buraxıb. Şöbə rəhbəri əlavə edib ki, meteoritin fraqmentləri yerə səpələnib.
Meteoritin çəkisi 7 ton, diametri isə təxminən 1,8 metr olub. Saatda 72.400 km sürət yığıb və uçuş zamanı parçalanıb. Bu isə güclü partlayışa səbəb olub.
Meteorit üçuşu Ohayo, Viskonsin və Merilend də daxil olmaqla bir neçə qərb ştatında müşahidə edilib və gün işığına baxmayaraq aydın görünüb.
Bəxtiyar CƏFƏRLİ