Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə deyib.
Komitə sədri vurğulayıb ki, attestasiya nəticələri ilə bağlı bəzi müəllimlər şikayət üçün müraciət ediblər:
"Biz millət vəkilləri olaraq vətəndaşları qəbul edir, onları dinləyirik. Lakin bir musiqiçi kimi deyə bilərəm ki, həmin müəllimlərə verilən sadə suallar belə onların peşəkar səviyyəsinin kifayət qədər olmadığını göstərirdi. Baxmayaraq ki, onların uzun illər iş stajı var. Lakin attestasiya nəticələri göstərir ki, bu proses düzgün və obyektiv aparılır. Hesab edirəm ki, attestasiya mütəmadi olaraq - məsələn, hər 5 və ya 7 ildən bir keçirilməlidir"./Trend.az