Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2026-cı ilin yanvar-fevral aylarında 57 milyon 896 min ABŞ dolları dəyərində 257 min 269 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 43%, miqdarı isə 37,2% artıb.
2025-ci ilin ilk 2 ayında idxal edilən buğdanın dəyəri 40 milyon 497 min dollar, miqdarı isə 187 min 570 ton olub.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 225 dollar olub ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən (215,9 dollar) müqayisədə 4,2% və ya 9,1 dollar çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!