EN

"Futbolçularımız topa ilk toxunuşdan nəticəni düşünürdülər" - Knutsen 0:5-i şərh etdi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda 3:0 hesabı ilə qalib gəldiyi "Sportinq"ə səfərdə daha böyük fərqlə (0:5) uduzaraq mübarizəni dayandıran "Budyo-Qlimt"in baş məşqçisi Xyetil Knutsen Portuqaliyadakı matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az "TV 2"yə istinadən xəbər verir ki, o, belə danışıb:

"Biz futbol oynamırdıq. Anın əhəmiyyətini nəzərə alaraq oynayırdıq və bu yolla uğur qazanmağa gücümüz çatmadı. "Sportinq" isə meydana heç nəyə önəm vermədən çıxmışdı. Futbolçularımız topa ilk toxunuşdan nəticəni düşünürdülər. Belə yanaşma bizi passivləşdirdi.

Nəticənin belə alınmasının səbəbini dəqiq deməyə çətinlik çəkirəm, ancaq nadir hallarda konstruktiv oyun sərgiləyə bildik. Özümüzdən və etməli olduğumuzdan çox uzaq idik".

Toğrul

Chosen
1
fanat.az

1Sources